HƏMAS-ın strateji raket qurğusu dağıdılıb | VİDEO

HƏMAS-ın strateji raket qurğusu dağıdılıb |    VİDEO
  22 Avqust 2025    Oxunub:724
İsrail Hərbi Hava Qüvvələri dünən Qəzza zolağının mərkəzində yerləşən Deyr-əl-bələh şəhərində Fələstinin iranyönümlü HƏMAS terror təşkilatına məxsus reaktiv yaylım atəşi sistemini sıradan çıxarıb.
Bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, əməliyyat çərçivəsində həmçinin terrorçulara aid minaatan qurğular da pilotsuz uçuş aparatı (PUA) zərbəsi ilə dağıdılıb.

Eyni zamanda, Qəzza zolağının müxtəlif hissələrində bir çox yaraqlı zərərsizləşdirilib, terrorçuların məskunlaşdığı bina, silah anbarı və s. obyektlər vurulub.
HƏMAS-ın raket qurğuları sıradan çıxarılıb

Xatırladaq ki, avqustun 7-də İsrailin Təhlükəsizlik Kabinetinin iclasında Qəzza zolağında hərbi əməliyyatların artırılmasına, Qəzza şəhərinin mühasirəyə alınmasına və tədricən ələ keçirilməsinə qərar verilib. Avqustun 15-də İsrail Hərbi Hava Qüvvələrinin Qəzza zolağındakı Xan-Yunis şəhərinə aviazərbəsi nəticəsində HƏMAS-ın aparıcı komandirlərindən biri həyatını itirib.


Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   HƏMAS   müharibə  



Xəbər lenti